Hansı ərazilərə hava-su kimi metrostansiya lazımdır? - Yeni Yasamal, Aeroport, Bayıl...


"Koroğlu" metrostansiyasından aeroporta qədər olan məsafə təxminən 26 kilometrdir. Bu iki ərazini birləşdirən metro xətti tikilsə azı 6-7 nöqtədə yeni metro stansiyaları açılar. Ona görə də aeroporta metro xətti çəkmək olduqca vacibdir".



Bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib.

Aslan Əsədov əlavə edib ki, hazırda ölkəmizdə nəqliyyatın intellektual idarəetməsi tam təşkil olunmayıb:

"İntellektual idarəetmə o demək deyil ki, hər yerə kameralar quraşdırıb müşahidə etsinlər. Bu, o deməkdir ki, insanların sıx yaşadığı ərazilərlə nəqliyyatın düzgün təşkili təmin olunsun".

O, vurğulayıb ki, paytaxt yollarında sıxlığı aradan qaldırmaq üçün Xırdalan şəhərinə metro xətti hava-su kimi lazımdır:

"Düzdür, Xırdalan ərazisindən Elektrik qatarı keçir. Ancaq hər kəs bu nəqliyyat növündən istifadə etmir. Buna ancaq, Bakıxanova, "28 May" metropoliteni tərəfə gedənlər minir. Lakin hazırda Xırdalandan "20 Yanvar"a nə qədər avtobus gəlir. Hamısı da həm yollarda tıxac yaradır, həm də elə özü tıxacda qalır. Buna görə də, Xırdalanda ən azı 2 metro stansiyası olmalıdır. Bundan başqa, Badamdar, Bayıl, 20-ci sahə istiqamətlərində də metronun olmağı vacibdir. Biz, tədbirlər keçirilən vaxtlara baxırıq ki Şəhidlər Xiyabanı tərəfdə insan sıxlığı müşahidə edilir".

Daha sonra ekspert metro xəttinin vacib olduğu ərazilərdən biri kimi, Yeni Yasamalın adını xüsusi vurğuladı:

"Yeni Yasamal və Alatavanın yuxarı hissəsinə də metro çəkilməlidir. Bu ərazilərdə təxminən 25-30 min əhali yaşayır. İnsanların sayı da, gündən-günə artır. Buna görə, ən azından Yeni Yasamala metro vacibdir. Aerporta metro çəkilməsi məsələsinə gəldikdə isə, "Koroğlu" metrosundan bura qədər olan əraziyə metro çəkilsə, bir neçə qəsəbə və ərazidən - Sabunçu, Suraxanı, Şuşa şəhərciyi, Binə qəsəbəsi tərəflərə metro xətti keçər. Əgər bu baş tutsa 6-7 yeni metro stansiyası tikilər. Aradakı məsafə 26 kilometrdir. Bu az məsafə deyil".

Qeyd edək ki, son olaraq BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirmişdi ki, metronun konseptual inkişaf sxeminə əsasən Binəqədidən başlayaraq Bibiheybət ərazisinə kimi metro xətti nəzərdə tutulub. Mavi xəttin elektrik deposu Ramanı qəsəbəsində yerləşməklə Yeni Yasamala qədər gedib çıxacaq. Ən vacib prinsip budur ki, şəhərin mərkəzinin məskunlaşması zamanı dayanılan yerdən 700-1000 metr civarında hər istiqamətdə stansiyalar olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu