Bakı aeroportuna və Xırdalana metro xətti çəkilməsi planda yoxdur - Zaur Hüseynov


Bakı şəhərinin 2040-cı ilə qədər inkişafına dair Baş planında Heydər Əliyev Beynəlxalq Aeroportuna və Xırdalan şəhərində metro xəttinin çəkilməsi yoxdur.


"Report" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov qurumun yaradılmasının 10-cu ildönümünə həsr olunmuş "Dəyişməyən dəyərlər, dəyişən imkanlar" mövzusunda panel konfransında bildirib.

"Paytaxtın inkişafı ilə bağlı 2040-cı ilə qədərki planlar metro stansiyalarının sayının artırılmasını nəzərdə tutur, amma hava limanı və Xırdalan istiqamətində metro xəttinin çəkilməsi nəzərdə tutmur. Ola bilsin ki, həmin tarixdən sonra hər iki istiqamətə metro xətti çəkilsin", - deyə sədr qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu