İnanılmaz hadisə - xəyanət edərkən sevgilisi öldü, ərindən kömək istədi


Evli qadın sevgilisinin meyitindən xilas olmaq üçün ərinin köməyinə müraciət edib.


Hindistanın Banqalor şəhərinin Karnataka sakini cinsi əlaqə zamanı ölən sevgilisinin meyitindən xilas olmaq üçün ərindən yardım istəyib. AFN.az "Indian Express"ə istinadən xəbər verir ki, 67 yaşlı iş adamı 35 yaşlı ev xanımı ilə romantik münasibətdə olub. Kişi qohumlarına gəlinini ziyarətə getdiyini deyərək məşuqəsinin yanına gedib. Lakin bu görüş onun düşündüyü kimi romantik yox, faciəvi notlarla başa çatıb. Yaşlı adam epilepsiya tutması keçirib və nəticədə dünyasını dəyişib. Evli xanım adının ləkənəcəyindən qorxaraq ölüm barədə müvafiq xidmətlərə məlumat verməyib. Əvəzində ərinə və qardaşına zəng edərək kömək istəyib. Üçü birlikdə meyiti plastik torbaya yığaraq boş yerə atıblar. Hadisə iş adamının yaxınları onun itkin düşdüyünü elan etdikdən sonra məlum olub. Polis onun telefon danışıq tarixçəsini yoxlayıb və iş adamının bir məşuqəyə baş çəkdiyini öyrənib. Polis qadını dindirərkən o, hadisəni etiraf edib. Bu əməlinə onların münasibətləri barədə heç kimin bilməsini istəmədiyini səbəb gətirib.
Hüquq-mühafizə orqanları qadının iddialarının doğruluğunu yoxlamaq üçün araşdırma aparır.

NAZİLƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu