83 yaşlı kişi Himalay dağına qalxdıqdan sonra öldü
Hindistandan olan turist Himalay dağlarındakı müqəddəs Muktinat məkanına gedib, hündürlük xəstəliyi səbəbindən özünü pis hiss edib və dünyasını dəyişib.
Bu barədə "myRepublica" məlumat paylaşıb.
Mənbənin məlumatına görə, Heydərabad sakini 83 yaşlı kişi, qızı, qohumları və bir qrup digər turistlə birlikdə martın 16-da Muktinata gedib. Hindistanlının ziyarət etdikdən sonra gəldiyi oteldə nəfəs almaqda problem yaranmağa başlayıb. Kişi yerli xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd olunur ki, bu, son bir ayda müqəddəs yeri ziyarət edən zəvvarlar arasında ikinci belə haldır.