Azərbaycanlı sərnişin təyyarədə öldü
Surqut-Moskva təyyarəsinin göyərtəsində yaşlı sərnişin ölüb.
AFN.az Lent.az-a istinadla bildirir ki, Azərbaycan əsilli 72 yaşlı kişi uçuş zamanı özünü pis hiss edib.
Saat 19.35-də təyyarə Vnukovo hava limanına enib. Uçuşa tibbi briqada çağırılıb, lakin sərnişinin həyatını xilas etmək mümkün olmayıb.