KTMT Azərbaycan sərhədinə missiya göndərir


“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana yardım üçün bütün tədbirlər kompleksini, o cümlədən vəziyyəti qiymətləndirmək üçün Azərbaycanla sərhədə missiya göndərməyi təklif edib”.


AFN.az xəbər verir ki, KTMT-nin baş katibi Stanislav Zas Belarusun “ONT” telekanalına müsahibəsində belə deyib. “Vəziyyət asan deyil, ilk növbədə Ermənistanla Azərbaycan sərhədində demək olar ki, hər gün atışmalar olur. Ümumiyyətlə, KTMT-nin Ermənistana yardım kimi təklif etdiyi tədbirlər kompleksi və oradakı tədbirlər müxtəlifdir: siyasi-diplomatik, hərbi, o cümlədən, sərhədə missiyanın göndərməklə vəziyyət real qimətləndiriləcək. Bunlar ümumiyyətlə, bütün dövlətlərin dəstəyini qazanıb. Əldə edilə bilməyən yeganə şey orada yaranmış vəziyyətin ümumi qiymətləndirilməsi idi”-deyə Zas bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu