Ermənistan-Azərbaycan sərhədində düşünülməmiş addımlar regional müharibəyə səbəb ola bilər - KTMT


Ermənistan-Azərbaycan sərhədində düşünülməmiş addımlar bir neçə dövlətin iştirak etdiyi regional müharibənin alovlanmasına gətirib çıxara bilər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib. KTMT-nin Ermənistanı tərkibindən çıxarmaq istəməsi haqda məlumatları şərh edərkən baş katib bunun doğru olmadığını bildirib. O qeyd edib ki, bu il dövlət başçıları üç dəfə görüşüb və sərhəddəki vəziyyəti müzakirə ediblər: "Sərhədə KTMT missiyası göndərilib. Ermənistana yardımın göstərilməsi ilə bağlı tədbirlər haqqında qərar layihəsi hazırlanıb. Bütün lazımi addımlar atılıb. Bəziləri, hətta yüksək rütbəli məmurlar belə fikirlər səsləndiriblər ki, niyə işğalın aradan qaldırılmasına kömək etməyiblər. Bu istiqamətdə düşünülməmiş fəaliyyət bir neçə dövlətin iştirakı ilə regional müharibənin başlanmasına səbəb oça bilər".
Eyni zamanda o, missiyanın nəticələrinə əsasən təklif olunan qərarların balanslaşdırılmış və adekvat olduğunu bəyan edib. “Missiyaya, yardım təklifinə gəlincə, məqamlardan biri missiyanın sərhədə göndərilməsi idi. Missiyanın əsas məqsədi yerlərdə vəziyyəti öyrənmək və təkliflər hazırlamaqdır. Onlar qüvvədə qalır - RA bütün 6 və ya ayrı-ayrı nöqtələr üzrə zəruri hesab edərsə, onlar kifayət qədər tez həyata keçirilə bilər. Öz tərəfimdən hesab edirəm ki, faydalı olardı. Amma bu, təbii ki, Ermənistanın qərarıdır”, - deyə Zas qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu