Bağlanmış kömür mədəni yenidən işə başladı


Enerji böhranı ilə qarşı-qarşıya olan Fransada bu iln yaz aylarında qapadılan Saint-Avold şəhərindəki kömür mədənində yenidən istehsala başlanıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin qərbindəki Moselle vilayətində yerləşən Saint Avolddaki kömür mədəni bu ilin martında bağlanmışdı. Yenidən istehsala başladıqdan sonra kömürdən elektrik alınması artır.
Avropa Birliyi iqlim dəyişikliyi ilə mübarizə hədəfləri məqsədilə son illərdə kömürdən alınan elektrik istehsalını azaltmağa çalışsa da, keçən il tələbatda yaşanan artım və qaz yerinə kömürün daha çox istifadəsi ilə komürdən həm də elektrik alınması prosesi önə keçib. Hesabatlara görə, kömürün AB-nin keçən ilki elektrik istehsalındakı payı yüzdə 15-ə yüksəlib. Söhbət ondan gedir ki, bu durumun qarşıda daha da pisləşəcəyi gözlənilir. Rusiyanın Avropaya təbii qaz verməsini qismən və ya tam dayandırması bir çox AB üzvü olan ölkələrin elektrik istehsalı üçün təbii qaz yerinə daha çox kömür istifadəsinə yol açır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu