Serj Sarkisyanın qardaşı Qarabağdakı terrorçulara 20,5 milyon dollar bağışlayıb


Ermənstanın Baş Prokurorluğu eks-prezident Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın maliyyə cinayəti ilə bağlı açıqlama yayıb.


AFN.az xəbər verir ki, məlumatda Ermənistanda baş vermiş “məxməri” inqilabdan sonra A.Sarkisyanın açılan cinayət işi üzrə il yarım əvvəl dövlətə 3,5 milyard dram, yəni təxminən 7 milyon dollar ödədiyi qeyd edilir.
Baş Prokurorluğun məlumatına görə, Sarkisyan bu məbləği cinayətlər nəticəsində dəymiş ziyan, cərimə və cərimələrin əvəzi kimi ödəyib. Məhz bu səbəbdən Sarkisyan məsuliyyətə cəlb olunmayıb. Sərkisyana qarşı əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək həbsi nəzərdə tutan vergiləri, rüsumları və ya digər icbari ödənişləri ödəməkdən qəsdən yayınma maddəsi ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları, əslində, məhz Sarkisyan gizli vergiləri vaxtında könüllü ödədiyi üçün cinayət təqibini davam etdirməyiblər.
“Demədilər ki, soruşacaqlar, Saşikinin 50 faizi haradadır?” Deyim hardadır? Serj Sarkisyanın qardaşı Saşik Sarkisyanın təkcə Ermənistanda bankda 30 milyon dolları var və bu pulların hamısı həbs olunub”-Baş nazir Nikol Paşinyan inqilabdan sonra belə demişdi.
Baş Prokurorluq qeyd edir ki, 66 yaşlı Sarkisyan 7 milyon dollardan əlavə, Qarabağdakı erməni silahlı birləşmələrinə və hərbi fonda 20,5 milyon dollar bağışlayıb.
Faktiki olaraq Aleksandr Sarkisyan 27,5 milyon dollar ödəyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu