Avropa Komissiyası Macarıstanı bloklayır: Orban cəzalandırılır


Avropa Komissiyası Orban hökuməti qanunun aliliyini gücləndirmək və korrupsiya ilə mübarizə üçün islahatlar həyata keçirməyənə qədər Avropa İttifaqından Macarıstana 7,2 milyard avro ayırmamağı təklif edir.


AFN.az-ın məlumatına görə, Brüssel Macarıstana maliyyə dəstəyini açmaq üçün atacağı 27 addım müəyyən edib.
Qeyd edilir ki, Macarıstan Qərblə razılaşdırılmış müddətə, yəni sentyabrın 19-a kimi problemi aradan qaldırmayıb. Çünki Avropa Komissiyası büdcəni qorumaq üçün tədbirlər görməyi təklif edir. Budapeştə məhkəmələrin müstəqilliyini gücləndirmək, dövlət satınalmalarını daha şəffaf etmək tövsiyə olunur. Tövsiyələrə əməl edilmədikdə, bütün cari və gələcək ödənişlər bloklanacaq. Avropa Şurası Macarıstan üçün maliyyənin dondurulması ilə bağlı yekun qərarı dekabrın 19-da verəcək.
Avropa İttifaqının Macartıstanla bağlı qərarının Ukraynaya dəstək məsələsində fərqli mövqe tutan Baş nazir Viktor Orbana təzyiq məqsədi daşıdığı istisna olunmur. Noyabrın 18-də Viktor Orban bəyan edib ki, Budapeşt 2023-cü il üçün Ukraynaya maliyyə yardımının qarşısını alacaq. Çünki bu, macarların milli maraqlarına ziddir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu