Ermənistan sentyabr döyüşlərindəki itkilərinin sayını açıqladı


Sentyabr ayında baş vermiş döyüşlər nəticəsində Ermənistan silahlı qüvvələrinin verdiyi itkilərin sayı 233 nəfərə çatıb.


AFN.az xəbər verir ki, Ermənistan parlamentinin “Şərəfim var” müxalifət fraksiyasının deputatı Tiqran Abrahamyan belə açıqlama ilə çıxış edib.
“Azərbaycan sonuncu dəfə 13 hərbçinin meyitini Ermənistan tərəfinə təhvil verib, hazırda onların şəxsiyyəti müəyyənləşdirilir. Əsgərlərimizin meyitləri təhvil verilməzdən əvvəl hökumət 16 nəfərin itkin düşdüyünü bildirirdi. Bu isə o deməkdir ki, hazırda 3 əsgərin taleyi məlum deyil”-deyə deputat qeyd edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu