Türkiyədə 33 manat olan yağ Naxçıvanda 65 manata satılırmış


Türkiyədən 5 litri 33 manata alınan, amma hətta şəxsi istehlak üçün gömrükdən keçirməyə imkan verilməyən zeytun yağı Naxçıvan Muxtar Respublikasında 65 manata satılıb.


AFN.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib. O, qeyd edib ki, son günlər bu yağın quyməti artıq 40 manat ətrafında qərarlaşıb: "Gömrüyün imtiyaz verdiyi idxalatçılar bax beləcə qaz vurub qazan doldurdu uzun illər. Mənə bu məlumatı verən şəxs kifayət qədər məlumatlıdır və deyir ki, Naxçıvanı İran və Türkiyə ilə birləşdirən 3 gömrük məntəqəsindən hər gün qeyri-rəsmi yığılan haqların həcmi bir neçə milyona çatıb və bu proses 30 ilə yaxındır davam edir.
Bu yaxınlarda şagird sayı və kommunal xidmətlərin abonentlərinin sayına əsasən müqayisəli bir araşdırma aparmışdım, Naxçıvanın kağız üzərində olan 450 min nəfər əhalisinin heç olmazsa 150-200 min nəfəri MR-dan baş götürüb qaçıb - məhz belə dözülməz şərtlər altından yaşamamaq üçün. Amma məsələ bir şəxsdə və ya onun ətrafındakı 3-5 nəfərlə bağlı deyil. Korrupsiyanın işləmə mexanzimini nəhəng bir magistral su kanalından suyun daha kiçik kanallarla paylanması ilə müqayisə edin. Əgər magistral kanal betondan deyilsə, özülü torpaqdırsa, su bütün kanal boyu sıza-sıza itkiyə gedəcək. Onun ayrı-ayrı kanallarla əlaqəsi şlyüzlər vasitəsilə təmin edilmirsə, kim hardan istəyir bu magistral kanala müdaxilə edib özünə su apara bilirsə, üstəlik, bu kiçik paylaşdırıcı kanlların özülü də topraqdırsa, suyun israfçılığını və itkilərini təsəvvür etməyə çalışın.
İndi bu nümunədən çıxış etsək, dövlət maliyyəsinin formalaşdığı hissə magistral kanaldır, müxtəlif qurumların ordan aldığı pay isə kiçik kanallar vasitəsilə bölüşdürülən məbləğlərdir. Bu magistral kanal və paylayıcı kanalların hər tərəfi deşik-deşikdirsə, günah bu kanalı təmir etməyən, beton kanallarla, nəzarətedici və tənzimləyici şlyüzlərlə təmin etməyən məsul ail qurum və şəxslərdədir.
Sadəcə özünü balina sayan, amma reallıqda kiçik kilkə olanlar unutmasın ki, lazım olanda tor atıb, ya da elektrik cərəyanı verib onları elə həmin dəlmə-deşik kanallarda da topdan boğurlar..."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu