İdxal mallarının qiymət artımına görə 11 ayda cibimizdən 1.2 mlrd. manat əlavə pul çıxıb


11 ayın nəticələri üzrə gömrük statistikası açıqlanıb. Statistikaya əsasən, gömrükdən büdcəyə daxilolma ötən ilə nisbətən 1.2 mlrd. manata yaxın (29%) artıb.


AFN.az xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev bu artımın səbəbinin idxaldakı kəskin artımla əlaqələndirib. Onun sözlərinə görə, idxal 2,5 mlrd. USD və ya 24% artıb: "Azərbaycanda demək olar ki, bütün gömrük vergi-rüsumları idxaldan toplanır. Bəs idaxlın bu cür kəskin artımının səbəbi nədir? Qiymət artımı. İdxal real ifadədə 2%-dən də çox artıb. 24%-lik artımın 22%-ə qədəri məhz idxaldakı kəskin bahalanmadır. Tək idxal mallarının qiymət artımına görə 11 ayda cibimizdən 1.2 mlrd. manat əlavə pul çıxıb büdcəyə gedib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu