Hökumət KOB-a kömək etmək istəyirsə, sadəcə mane olmasın - ŞƏRH


İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün açıqlama verərək bildirib ki, Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafı prioritet məsələdir.


Nazir qeyd edib ki, qlobal iqtisadi çağırışlar fonunda güclü biznes sektorunun yaradılması ölkənin gələcək inkişafına töhfə verir. M.Cabbarovun sözlərinə görə, biznesin inkişafının əsas mexanizmləri sahibkarlığa dövlət dəstəyi, stimullaşdırıcı və güzəştli kreditlərdir: “Bundan başqa, biz biznes hesabatlarının verilməsi prosedurlarını sadələşdirmişik. Ölkəmiz “Doung Business” sahəsində yüksək göstəricilərə nail olub. Xüsusilə, KOB-u yeddi il müddətinə vergidən azad etməklə biznes imkanlarının genişləndirilməsi planlaşdırılır”.

AFN.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli M.Cabbarovun açıqlamasını şərh edib. Ekspert bildirib ki, kiçik və orta biznesinvergilərdən azad edilməsi yaxşı addımdır: "Amma ilk olaraq kiçik-orta biznesin əsas dərdlərindən biri ƏDV ilə bağlı məsələdir. Hələ devalvasiyadan əvvəl dövriyyə məhdudiyyəti olan illik 200 min manat norması mütləq dəyişdirilməlidir! İldə dövriyyəsi 200 min manatı keçən kimi ƏDV-ni yükləyirlər sahibkarın belinə, ona gərə də ilk addım kimi dövriyyə məhdudiyyəti illik 200 mindən 1 mln. manata qaldırılmalıdır. Bir də ki, hökumət kiçik-orta sahibkara kömək etmək istəyirsə, sadəcə mane olmasın yetər..."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu