Gəncədə tələbələr arasında kütləvi dava - YENİLƏNİB + VİDEO


DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı araşdırma başlayıb.


Gəncə şəhər Baş Polis İdarəsində aparılan araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

***

Gəncədə tələbələr arasında kütləvi dava olub.


Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Aqrar Universitetinin tələbələri ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranan mübahisə davaya çevrilib.

Qeyd edək ki, videonu Azərbaycan Universitetləri səhifəsi yayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu