Bayden: Putin müharibəni dayandırmaqda maraqlı olarsa, onunla danışmağa hazıram


Ağ Ev rəhbəri Putinlə tək bir şərtlə danışmağa hazır olduğunu açıqlayib.


ABŞ prezidenti danışıq və raşılaşmalara qədər Ukrayna xalqını dəstəkləməyin son dərəcə vacib olduğunu vurğulayıb. AFN.z Ukrayna mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Rusiyanın Uraynaya qarşı başlatdığı müharibəni “iyrənc” adlandırıb və Rusiya prezidenti Vladimir Putinlə danışmağa hazır olduğunu açıqlayıb.
Bayden Ağ Evdə keçirdiyi mətbuat konfransında qeyd edib ki, yaxın vaxtlarda rusiyalı həmkarı ilə danışmaq niyyətində deyil. Lakin əgər Putin Ukraynaya qarşı başladığı müharibəni dayandırmaqda maraqlı olduğunu nümayiş etdirərsə, görüşməyə hazırdır. Ağ Ev başçısının sözlərinə görə, müharibə bir rasional yolla başa çata bilər: “Putin qoşunlarını Ukraynadan çıxararsa, sülh yarana bilər. Amma o, bunu etməyəcək. Onun etdiyi iş iyrəncdir".
Bayden əlavə edib ki, o, Fransa və NATO ilə məsləhətləşləşmələrdən sonra Putinlə danışıqlar masasına otura bilər. "Əgər Putin bu müharibədən çıxış yolu tapmaqda həqiqətən maraqlıdırsa, mən onunla danışmağa hazıram. Putin başa düşməlidir ki, Ukraynanı məğlub edə biləcəyi ideyası ağlasığmazdır. Fransadan və NATO-dan olan dostlarla danışacağam. Putinin nə istədiyini və nə fikirdə olduğunu öyrənmək üçün onunla danışıqlar masasına oturmağa hazıram”, - deyə ABŞ prezidenti bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu