Emosional durumda olan, ağbirçək Azərbaycan qadınından belə sui-istifadə etmək olmaz! - İlqar Altay


Tanınmış hüquqşünas-tədqiqatçı İlqar Altay "Xəzər" TV-nin efirində yaşanan qalmaqala münasibət bildirib.

AFN.az xəbər verir ki, o, belə mübahisələrə müdaxilə edib, münasibət bildirməyin bəlkə də düz olmadığını qeyd edib. Eyni zamanda bildirib ki, münasibət bildirməklə belə biabırçı halın bitməsinə də müəyyən qədər təsir etmək mümkündür: "Bu qalmaqallı video-epizoda baxdım. Məsələ barədə heç dərin analizə də ehtiyac olmadan məntiqlə səbəbi ortaya qoymaq olur. Həmin o bəy kimdirsə, onun bir dəfə də olsa, TV-lərdə qalmaqal yaratdığı görünməyib. Ancaq Şəfiqə Nağıyeva, hüquqşünas adlanan bu xanım, neçənci dəfədir TV verilişlərində müxtəlif insanlarla skandal yaşayır. Tərəf müqabilini təhqir etmə sanki bu qadının danışıq normasıdır. Dəfələrlə ifrat, kəskin davranışı ilə bu cür də qarşıdurma halı yaradıb. Hamı da bunun şahidi olub. Belə halda, bir gün birisini halından çıxardıb özünə qarşı cavaba sövq etməli idi təbii ki. O da oldu və necə deyərlər, "su qabı suda da sınmalı idi".
Eksöert bildirib ki, belə psixoloji əsəbi insanı qalmaqal, şou yaratma xatirinə efirə çıxaran TV rəhbərləri hər şeyi hesablayıblar: "Guya, bilmirdilər ki, bu cür "yetənə yetib, yetməyənə daş atmağın" bir gün indiki və bundan da daha ağır nəticəsi ola bilər?! Bu emosional səhhət durumundakı yaşlı ağbirçək Azərbaycan qadınından belə sui-istifadə etmək olar? Nə yaraşır, bu səpkili yolla qazanılan divident?"
Xatırladaq ki, Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində bir neçə gün əvvəl qalmaqal yaşanıb. Olay verilişdə ekspert qismində iştirak edən fəlsəfə doktoru Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında baş verib. Anar Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək canlı efirdə Şəfiqə Nağıyevanın üstünə su atıb.

Ətraflı BURADA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu