Dünyanın aviasiya nəhənglərindən olan "Airbus" Rusiya titanından imtina edir


Dünyanın ən böyük təyyarə istehsalçılarından biri olan "Airbus" bir neçə ay ərzində Rusiyadan titan tədarükündən tamamilə imtina edəcək.


AFN.az Reuters-ə istinadən xəbər verir ki, Rusiya ən böyük titan istehsalçısıdır və onun istehsal etdiyi titan əsasən təyyarə mühərriklərində, iri təyyarələr üçün eniş qurğularında istifadə olunur. "Söhbət titandan gedirsə, biz Rusiyadan ayrılmaq prosesindəyik. Bu, illər deyil, aylar məsələsidir. Mən sizə dəqiq bir tarix deyə bilmərəm; bu, sertifikatlaşdırma və aviasiyanın tələb etdiyi hər şeylə, nisbətən mürəkkəb bir prosesdir, lakin baş verəcək" - deyə "Airbus Defence & Space"in baş icraçı direktoru Maykl Şolhorn bildirib.

"Airbus"dan qeyd edilir ki, bu metalın tədarükü üçün alternativ mənbələr tapmağa çalışırlar. Şirkətin rəqibi "Boeing" isə Rusiyadan titan alışını dayandırdığını bildirib.

Aviasiya sənayesindəki mənbələr bildirirlər ki, şirkət yeni bazarları araşdırarkən ABŞ və Yaponiyada alışları genişləndirib. Lakin yeni təchizatçıların sərt aerokosmik standartlara sertifikatlaşdırılması illər çəkə bilər. "Hazırda "Airbus" Rusiya titanının müəyyən faizini alır, lakin biz ondan asılılıqdan qurtarmaq fikrindəyik" - deyə Şolhorn qeyd edib. O, əlavə edib ki, "Airbus" artıq hərbi məhsullar üçün titana ehtiyac duymur, lakin mülki təyyarələr üçün hələlik ehtiyac var.

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu