Krım körpüsü bərpa olundu
Rusiya partlayış nəticəsində zədələnmiş Kerç boğazı üzərindəki körpünün avtomobil hissəsi ilə hərəkəti bərpa edib.
AFN.az xəbər verir ki, bu barədə “Krım.realii” portalı açıqlama yayıb.
“Kerç (Krım) körpüsünün oktyabrın 8-də baş vermiş partlayışdan sonra zədələnmiş avtomobil hissəsində hərəkət yenidən bərpa edilib”-məlumatda belə qeyd edilir.
Xatırldaq ki, oktyabrın 8-də Rusiya ilə müvəqqəti işğal olunmuş Krımı birləşdirən körpüdə partlayış və yanğın qeydə alınıb. Körpünün dəmir yolu hissəsində yük qatarı yanıb, avtomobil yolu hissəsi isə uçub.
M.Vahidli