Krım körpüsü yandı - VİDEO+YENİLƏNİB


Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi başladıb.


***

Ümumrusiya Sığortaçılar İttifaqının məlumatına görə, partlayış nəticəsində dəyən ziyan 200-500 milyon rubl arasında qiymətləndirilir.

***

Rusiya Dəmir Yolları da Krım istiqamətində planlaşdırılan bütün qatarların hərəkətinin dayandırıldığını açıqlayıb: “Qatarlar müvəqqəti olaraq Krım istiqamətində hərəkət etməyəcək. Krıma qatara bilet satışı da dayandırılıb”.

***

Krım körpüsündə yanğın yük avtomobilinin partlaması nəticəsində baş verib.


Bu barədə Milli Antiterror Komitəsindən bildirilib.

Yanğın daha sonra yanacaq dolu çənlərə keçib.

***

Rusiya Fövqəladə Hallar Nazirliyi yanğının söndürüldüyünü açıqlayıb.

Krım körpüsündə yanğın başlayıb.


Bu barədə Krım başçısının məsləhətçisi Oleq Krüçkov teleqramda bildirib.

"İlkin məlumata görə, yanacaqla dolu sistern yanır. Yanğının söndürülməsi istiqamətində işlər aparılır", - deyə o yazıb.

Krımın fövqəladə hallar xidmətinin məlumatına görə, körpüdə qatarların hərəkəti dayandırılıb.

[media=https://www.youtube.com/watch?v=3T5At-vmisk&feature=emb_imp_woyt]






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu