Rusiyanın Ukraynaya atdığı raketlər Moldovanı işıqsız qoya bilər

Rusiyanın Ukraynaya raket hücumları zamanı Moldovadanın enerji təchizatına problem yaranıb.
AFN.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, artıq Moldova sakinlərinə elektrik enerjisinin kəsilə biləcəyilə bağlı xəbərdarlıq edilib. Moldova Milli Enerji Şirkətinin məlumatına görə, ölkədə elektrik enerjisinin verilişində fasilələr mümkündür.
İlkin məlumata görə, bu gün Rusiya 100-ə yaxın raket atıb. Əsasən Ukraynanın enerji sistemi hədəf alınıb. Hazırda bir sıra şəhərlərdə su yoxdur, elektrik enerjisinin verilməsində də problemlər olduğu bildirilir.