Ukrayna və Avropa enerji sistemlərini birləşdirəcək: hava xətti hazırlanır


"Energoatom" Ukrayna və Avropa enerji sistemlərini Polşa vasitəsilə birləşdirəcək hava xəttini işə salmağa hazırlaşır. Bu, Aİ-dən elektrik enerjisini idxal etməyə imkan verəcək.


AFN.az şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq işin bir hissəsini başa çatdırılıb. "Hazırda lazımi avadanlığın bir hissəsi quraşdırılıb və "Energoatom"un müvafiq bölmələri istismara verilməzdən əvvəlki işlər görülür. Ona görə də "NPC Ukrenergo" öhdəliklərin bir hissəsini yerinə yetirən kimi, xətt çəkilə bilər. Mütəxəssislərin fikrincə, NPC-nin işi apreldə başa çata bilər", - deyə mətbuat xidmətinin məlumatında deyilir.

Ukrayna və Avropanın enerji sistemlərini Polşa vasitəsilə birləşdirən hava xətti ötən əsrdə mövcud olub. Həmin xətlər SSRİ-nin dağılmasından sonra istismardan çıxarılıb, o vaxtdan bəri işləmir.

Məsələni gündəmə gətirən “Energoatom” izah edib ki, gələcəkdə bu ötürücü xətt Ukraynaya Aİ ölkələrinə elektrik enerjisi ixracı və idxalı imkanı verəcək.

Avropadan Ukraynaya elektrik enerjisinin idxalına 2023-cü ildə başlanılıb ki, bu da Rusiyanın enerji infrastrukturuna hücumları fonunda kəsiri azaltmağa imkan verib. Bir gün əvvəl elektrik enerjisinin ötürülməsi sistemi operatorlarının Avropa şəbəkəsi Ukraynaya elektrik enerjisi idxalı imkanlarını artırmaq qərarına gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu