Türkiyədəki zəlzələ Ukraynada AES-ləri silkələyib


Ukraynanın atom elektrik stansiyaları Türkiyədə zəlzələlərin əks-sədasını qeydə alıb. Lakin onlar Rixter şkalası üzrə yeddi bala qədər yeraltı təkanlara tab gətirə bilirlər.


Energoatom AEC-in mətbuat xidmətinin şirkətin prezidenti Petro Kotinə istinadən verdiyi məlumata görə, Ukraynanın bütün atom elektrik stansiyaları regionun seysmik aktivliyi nəzərə alınmaqla layihələndirilib.
"Türkiyə və dünyanın digər bölgələrində baş verən zəlzələnin əks-sədaları Ukraynada da hiss olunub. Xmelnitski və Cənubi Ukrayna AES-lərinin seysmik monitorinq sistemləri tərəfindən kiçik təkanlar qeydə alınıb", - məlumatda deyilir.
Şirkətin məlumatına görə, Ukraynanın bütün atom elektrik stansiyaları yer qabığının təkanlarını qeydə alan avadanlıqla təchiz olunub. Real vaxt rejimində əsas xüsusi idarəetmə mərkəzi nüvə stansiyalarının yerləşdiyi ərazidə seysmik müqavimət normasından hər hansı kənarlaşmaya nəzarət edir və qeydə alır.
"Tikinti üçün ərazilər seçilərkən ən təhlükəsiz ərazilər seçilib. Yerli atom elektrik stansiyaları yeddi bal gücündə zəlzələlərə tab gətirmək qabiliyyətinə malikdir", - deyə Kotin bildirib.
Ukrayna atom elektrik stansiyalarında da enerji blokları üçün qəza mühafizəsi var: altı nöqtədə aqreqatlar dərhal dayandırılır və təhlükəsiz vəziyyətə keçirilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu