Şəhidin atası vəfat etdi


Vətən müharibəsi şəhidi, baş leytenant Elgün Əzizovun atası vəfat edib.


AFN.az xəbər verir ki, şəhidin atası Elman Əzizov Bakı şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Elgün Əzizov 1990-cı ildə Şamaxıda anadan olub. Şəhid olduqdan sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimizin üç övladı yadigar qalıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu