Şəhidin atası vəfat etdi - FOTO


Vətən Müharibəsi şəhidi Taleh Aslanovun atası vəfat edib.


AFN.az xəbər verir ki, şəhidin atası Elman Aslanov yaşadığı Goranboy rayon Səfikürd kəndində dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq əsgəri olan 1996-cı il təvəllüdlü Taleh Aslanov 2020-ci il oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Bundan başqa, ötən gün Vətən müharibəsi zamanı qəhrəmancasına Şəhid olan, "Azərbaycan Bayrağı" ordenli leytenant Emil Qurbanovun anası Sürəyya Qurbanova da yaşadığı Lənkəran rayonunda dünyasını dəyişib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu