Şəhid atası vəfat etdi


Vətən müharibəsi şəhidi Anar Əmirovun atası dünyasını dəyişib.



Şəhidin atası Allahverdi Əmirov xəstəlik səbəbindən vəfat edib. O, Füzuli rayonu Əhmədalılar kənd məzarlığında dəfn edilib.

Qeyd edək ki, 2000-ci ildə Sabirabadın Bulaqlı kəndində anadan olan Anar Əmirov 2020-ci ilin oktyabrın 20-si Zəngilan istiqamətindəki döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu