Şəhid atası vəfat etdi - FOTO


Vətən müharibəsi şəhidi Balaqardaş Vəliyevin atası vəfat edib.


Bununla bağlı məlumat sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, şəhidin atası Fərhad Vəliyev Masallı rayonunda dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.
Qeyd edək ki, 2002-ci il təvəllüdlü Balaqardaş Vəliyev 1 oktyabr 2020-ci il tarixdə şəhid olub. Şəhidin nəşi 15 dekabr 2020-ci il tarixində doğulduğu Viləş kənd qəbiristanlığında torpağa tapşırılıb. O, ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu