Azərbaycanda məhbus özünü öldürdü- Məhkəmə hökmünə etiraz


Gəncədə istintaq təcridxanasında intihar hadisəsi baş verib.


Hadisə Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında qeydə alınıb. Orada saxlanılan məhkum, Tovuz rayon sakini Əhmədov Mehdi Maksim oğlu damarını şüşə ilə kəsərək özünü öldürüb.

İlkin məlumata görə, məhkum barəsində bir neçə gün əvvəl çıxarılan məhkəmə hökmünə etiraz olaraq bu addımı atıb.

Faktla bağlı araşdırma başlanıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətindən AFN.az-a faktı təsdiq ediblər. Araşdırma aparılır.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Maksim Mehdi oğlu Əhmədov qətl törətdiyinə görə həbs olunub.

Məhkəmənin hökmü ilə ona 18 il həbs cəzası verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu