39 yaşlı kişi arvadını öldürüb özünü bıçaqladı - YENİLƏNİB


İmişli Rayon Prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.


Bildirilir ki, iyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə idarəyə məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranmış münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə, daha sonra özünə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

İmişli sakini arvadını bıçaqlayaraq öldürüb.


AFN.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhərində qeydə alınıb.

Gecə saat 01 radələrində İmişli rayonunun Yalavac kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1986-cı il təvəllüdlü Mustafayeva Turan Vaqif qızını 9 bıçaq zərbəsi ilə qətlə yetirib. O, daha sonra özünü bıçaqlayaraq intihar edib.

Onların birgə nigahdan bir övladları var.

Faktla bağlı İmişli rayon prokuroluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu