Ukraynada müharibə ilə bağlı maraqlı statistika: nikahların sayı artıb


Ukraynanın Ədliyyə Nazirliyi ilin əvvəlindən nə qədər nikahın qeydə alındığını açıqlayıb.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, ölkədə 11 ayda ötən ilin eyni dövrü ilə müqayisədə, 9 mindən çox nikah qeydə alınıb. Ukrayna Ədliyyə Nazirliyinin mətbuat xidməti Facebook-da bildirb ki, Ukraynada 2022-ci ilin 11 ayı ərzində 209 818 nikah qeydə alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 9 101 nikah çoxdur. Ədliyyə Nazirliyi qeyd edir ki, ötən ilin 11 ayı ərzində 200 717 cütlük rəsmi olaraq ər-arvad olub. Mətbuat xidməti əlavə edib ki, genişmiqyaslı müharibə zamanı ukraynalılar sübut edirlər ki, əsl sevgi və həyatın ən qiymətli anları üçün heç bir maneə yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu