Kukla Teatrının direktoru nazirliyin yoxlamasından narazıdır- Mətbuat konfransı
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə Mədəniyyət Nazirliyinin Teatrda apardığı yoxlama zamanı nazirlik nümayəndələrinin səlahiyyətlərindən sui-istifadə etdiklərini açıqlayıb.
Direktor bu barədə AFN.az-a açıqlamasında məlumat verib.
Rəşad Əhmədzadə yoxlamanın gedişatından narazı qaldığını vurğulayıb: “Yoxlamanın gedişatı, bu qədər uzun çəkməsi və yoxlama aparan şəxslərin səlahiyyətlərindən sui-istifadə etməsi səbəbindən bu gün artıq ictimaiyyətə bu barədə məlumat verməyi məqbul hesab etdik. Bu gün bununla bağlı saat 18:00-da, Teatrda mətbuat konfransı təşkil edəcəyik”.