DÇ-2022 - Mərakeş Portuqaliyanı məğlub edərək yarımfinala çıxdı


DÇ-2022-nin 1/4 final mərhələsinin ikinci oyun günü start götürür.


Apasport.az saytının məlumatına görə, üçüncü yarımfinalçı Mərakeş və Portuqaliya millilərinin duelində bilinib.

Tarixində ilk dəfə 1/4 finala yüksələn Afrika təmsilçisi sensasiyaların davamını gətirməyə iddialı çıxış edib. Məğlubiyyətsiz irəliləyən mərakeşlilər daha bir favoriti mübarizədən kənarlaşdırmaq niyyətində olub

Avropalılar isə xəyallarını gerçəkləşdirmək yolunda növbəti addımı atmaq istəyib.

Pirineylilərin bu istəyini afrikalılar yarıda qoyub.

Qeyd edək ki, 1/4 finala bu gün İngiltərə – Fransa görüşü ilə yekun vurulacaq. Bu matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2022
1/4 final
10 dekabr
19:00. Mərakeş – Portuqaliya – 1:0
Qol: Yussuf Əl-Nusairi, 42



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu