Rusiyada 15 minə yaxın sayt bloklandı


Dekabrın 5-dən 11-dək Rusiyada 14,8 min sayt bloklanıb.

AFN.az xəbər verir ki, bu barədə “Roskomsvoboda” hüquq müdafiə təşkilatı məlumat yayıb.

“Eyni zamanda, 2100 sayta giriş adı açıqlanmayan şöbənin qərarı ilə məhdudlaşdırılıb. Ehtimal ki, bu, Baş Prokurorluqdur”, – “Roskomsvoboda”nın sözçüsü Natalya Malışeva bildirib.

Ötən həftə bloklamanın 60 faizi məhkəmə qərarı ilə, digər 12 faizi isə Federal Vergi Xidmətinin tələbi ilə həyata keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu