"Dərman xaricdəkindən 7-8 dəfə baha ola bilməz axı..."
“Dərmanların miqdarının müəyyən edilməsi çox vacibdir. Başa düşürəm ki, psixotrop tərkibli dərmanlar var, amma bunları qoyaq bir kənara, insanlar indi xəstəlikdən əziyyət çəkir”.
AFN.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bildirib.
“Ramiz Rövşənin oğlu Konyadan dərmanı 4 manata alıb, burada həmin dərman 27-28 manatdır. Fərq böyükdür. Başa düşürəm ki, yol xərci, digər xərclər var. Olsun iki dəfə baha. Yoxsa 7-8 dəfə baha ola bilməz axı! İnsanlar ərzağın bahalaşmasına elə də etiraz etmirlər, amma dərman elə bir şeydir ki, insanın sağlamlığı dərmandan aslıdır”, - deyə Vahid Əhmədov bildirib.