Laçın yolunda qalan ermənilərə qaynar xətt yaradıldı


Xankəndi ilə Ermənistan arasında nəqliyyat əlaqəsini təmin edən yolun bağlanması nəticəsində yaranan problemlərin aradan qaldırılması üzrə Zəngəzurda operativ qərargah yaradılıb.


AFN.az-ın məlumatına görə, bu barədə Ermənistanın xüsusi səlahiyyətli səfir Edmon Marukyan açıqlama verib. Onun sözlərinə görə, Zəngəzur vilayətinin qubernatoru operativ qərargahın təşkili ilə bağlı qərar imzalayıb.
Marukyan bildirib ki, yolda qalan sərnişinlər və sürücülər üzləşdikləri təcili məsələlərlə bağlı rayon rəhbərliyinin yaratdığı gecə-gündüz qaynar xətt nömrəsinə zəng edə bilərlər.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu