Ermənistanın qabaqdangəlmişliyi: Azərbaycanı üçtərəfli bəyanatı pozmaqda ittiham etdi


“Azərbaycanın “ekoloqları” fəalları “Dağlıq Qarabağ”ı Ermənistanla birləşdirən yeganə yolu bağlayıblar”.


AFN.az xəbər verir ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün “Twitter” mikrobloqunda belə yazıb. O, bu hadisəni “açıq-aşkar təxribat” adlandırıb.“Bu, 2020-ci il üçün üçtərəfli atəşkəs bəyannaməsinin kobud şəkildə pozulmasıdır. Ümid edirəm ki, bu, humanitar böhrana səbəb olmayacaq və sağlam düşüncə qalib gələcək. Laçın dəhlizi həmişəki kimi işləməlidir”, - Marukyan belə yazıb.
Qeyd edək ki, bu gün səhər saat 10:30 radələrində Azərbaycan ictimaiyyətinin nümayəndələri Rusiya sülhmıəramlı qüvvələrinin müvəqqəti nəzarət zonasında ekoloji monitorinqin təşkili tələbilə Xankəndi ilə Ermənistan arasında nəqliyyat əlaqəsini təmin edən avtomobil yolunu bağlayıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu