Putin xokkey yarışından niyə imtina edib?


Rusiya prezidenti Vladimir Putin də 2011-ci ildə yaratdığı həvəskarlar liqasının xokkey oyununda iştirakdan imtina edib.


AFN.az xəbər verir ki, bu məlumatı Kremlin sözçüsü Dmitri Peskov da təsdiqləyib. O, Putinin Moskvada “Qırmızı Meydan”da keçiriləcək tədbirə qatılmayacağını bildirib.
İctimai tədbirdə görünməkdən imtina Rusiya liderinin səhhəti ilə bağlı Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri yayılan şayiələri daha da gücləndirə bilər.
Dekabrın 12-də məlum olub ki, Putin adətən dekabrın 14-dən 23-dək keçirilən son mətbuat konfransını buraxacaq. Qeyd olunur ki, bu, çox güman ki, Rusiyanın Ukraynadakı müharibədəki uğursuzluqları ilə bağlı suallardan yayınmaq istəyi ilə bağlıdır.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu