Qırğızıstanda qripə görə məktəblər bağlandı


Qırğızıstanda tənəffüs yoluxucu xəstəliklərin yayılması ilə əlaqədar bütün məktəblər karantinə alınıb.


AFN.az-ın məlumatına görə, dekabrın 24-dək orta təhsil müəssisələrinin bağlanacağı barədə parlamentin iclasında təhsil və elm nazirinin müavini Nadira Jusupbekova açıqlama verib. Jusupbekovanın sözlərinə görə, məktəblilər üçün dərslər onlayn rejimdə keçiriləcək. Səhiyyə Nazirliyi bildirir ki, ən çətin vəziyyət Bişkek, Çuy və Talas vilayətlərindəki məktəblərdə yaranıb. Həmin bölgələrdə şagirdlərin 17-30 faizi xəstəlik səbəbindən dərslərə getmir.
Qeyd edilir ki, son həftələr Qırğızıstanda kəskin respirator infeksiyalar və qripə yoluxma halları artıb. Səhiyyə Nazirliyinin son məlumatına görə, dekabrın 14-nə respublikada kəskin respirator virus infeksiyasına yoluxma hallarının sayı 26,1 faiz artaraq 9809 nəfər təşkil edib. Xəstələrin təxminən 70 faizi 14 yaşa qədər uşaqlardır.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu