Gürcü deputatlar Saakaşviliyə görə ədliyyə nazirinin çıxışını boykot etdilər


Gürcüstanda müxalif Vahid Milli Hərəkat Partiyasının deputatları ölkənin ədliyyə naziri Rati Breqadzenin çıxış üçün parlamentə gəlməsindən sonra plenar iclası tərk ediblər.


Azpost.info xəbər verir ki, bu barədə “Novosti-Georgia” məlumat yayıb.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, müxalifət eks-prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı spekulyasiya edir. Ədliyyə naziri özü isə deputatların hərəkətlərini “zavallı və təhqiramiz tamaşa” adlandırıb.

Deputatlar naziri “Vivamed” klinikasında Saakaşvilinin fotoşəkilləri və “Öldürməyin!” yazısı olan plakatlarla qarşılayıblar. Onlar həmçinin Saakaşvilinin palatasından çəkilən videonun yayılmasını cinayət adlandırıblar.

Saakaşvilinin vəkili Şalva Xaçapuridze müşahidə kameralarının videoyazılarını icazəsiz yaydığına görə Ədliyyə Nazirliyini və Xüsusi Penitensiar Xidmətin rəhbəri Rati Breqadzeni məhkəməyə vermək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, parlamentin bir neçə deputatı Saakaşvilinin müalicə üçün xarici klinikaya köçürülməsi tələbi ilə aclıq aksiyasına başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu