Daha bir rus oliqarxın müəmmalı olümü gündəm oldu: Ukrayna müharibəsi başlayandan bəri 9 nəfər...


Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi ilə müharibə ilə yanaşı dövlətə yaxınlığı ilə də sərvət qazanan rus oliqarxları ölümləri ilə dünyanın diqqətini çəkməyə başladı.


Rus oliqarxların ard-arda müəmmalı ölümü bir çox suallar doğurur. Bu dəfə isə nəzərləri 50 yaşlı daşınmaz əmlak maqnatı Dmitri Zelenov dekabrın 9-da müəmmalı şəkildə dünyasını dəyişməsi cəlb edib.



Dmitri Zelenov Fransa Rivyerasındakı Antib şəhərində vəfat edib. Rusiyanın “Baza” xəbər orqanı və yerli fransız yayımçısı Var Matinin məlumatına görə, 50 yaşlı oliqarx dostları ilə şam yeməyinə çıxıb. Özünü yaxşı hiss etməyən Zelenov pilləkənlərlə çıxarkən yıxılıb və kəllə-beyin travması alıb. Xəstəxanaya çatdırılan Zelenovu həkimlərin bütün səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb. Bazanın bildiyinə görə, Zelenov ölümündən bir neçə həftə əvvəl açıqlanmayan ürək problemlərindən əməliyyat olunub.
Zelenov vaxtilə Moskvanın ən mühüm daşınmaz əmlak investisiya və inkişaf institutlarından biri olan “Don-Stroy”un həmtəsisçisi olub. 1994-cü ildə Sovet İttifaqının dağılmasından qısa müddət sonra "Don-Stroy"u quran Zelenov qısa müddətdə var-dövlət qazanaraq 2008-ci ilə qədər müntəzəm olaraq “Forbes”in ən zəngin ruslar siyahısında yer alıb.

24 fevraldan bəri müəmmalı surətdə dünyasını dəyişən rusiyalı oliqarxlar isə aşağıdakılardır:

Ravil Maqanov

Rusiya “Lukoyl”un sədri Ravil Maqanovun ölümünü şübhəli elan edib. Lakin sonradan TASS dövlət xəbər agentliyi Maqanovun intihar etdiyini açıqlayıb.

Leonid Şulman

Rusiyanın dövlət enerji şirkəti "Qazprom"un baş direktoru Şulman yanvarın 30-da kənd daxmasında ölü tapılıb. Şulmanın yanında intihar məktubu vardı.

Aleksandr Tyulakov

“Qazprom”un digər yüksək səviyyəli rəhbəri Aleksandr Tyulakov idi. Tyulakov bir ay sonra Şulmanla eyni kənddə, öz qarajında ölü tapılıb. Tyulakovun ölümü də intihar sayılırdı.

Mixail Uatford

Ukrayna əsilli oliqarx Mixail Uatford neft və qaz sənayesi vasitəsilə milyarder olub. O, İngiltərənin Uotford şəhərindəki evində ölü tapılıb. Hələ də ingilislər Uotfordun ölümünün şübhə altında olduğunu deyir.

Vladiaslav Avayev

Rusiyanın ən böyük banklarından biri olan "Qazprombank"ın keçmiş vitse-prezidenti ailəsi ilə birlikdə Moskvadakı mənzilində ölü tapılıb. Polis oliqarxın əlində tapança tapıb. Hadisə qətl və intihar kimi qeydə alınıb.

Sergey Protosenya

Avayevin ölümündən bir gün sonra təbii qaz şirkəti “Novatek”in keçmiş vitse-prezidenti Sergey Protosenya İspaniyadakı villada tavandan asılı vəziyyətdə tapılıb. Eyni zamanda onun həyat yoldaşı və qızı da eyni villada bıçaqlanaraq öldürülüb.

Aleksandr Subbotin

“Lukoyl”un keçmiş baş meneceri Subbotin Moskva yaxınlığında yerləşən evin zirzəmisində ölü tapılıb.

Yuri Voronov

“Qazprom”la əməkdaşlıq edən logistika şirkətlərinin rəhbəri Yuri Voronov iyul ayında evinin hovuzunda ölü tapılıb. Voronovun meyitinin yanında tapança da tapılıb.

Mənbə: HaberGlobal



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu