İran Ermənistana kamikadze dronlar verəcək


“İran Ermənistana dronlar sata bilər: Qafqazda odla oynamaq". məqaləsində İranın pilotsuz uçuş aparatlarının Ermənistana satılması ehtimalından bəhs edir.


AFN.az-ın məlumatına görə, Türkiyənin "Milliyet" qəzeti belə açıqlama ilə çıxış edib. “İran Cənubi Qafqazda nüfuzunu itirmək təhlükəsi ilə üz-üzədir və Ermənistanı həvəsləndirməklə Bakı ilə İrəvan arasında sülh danışıqlarının qarşısını almağa çalışır.
Tehran rejimi Zəngəzur dəhlizi layihəsi ilə bağlı narahatlığını heç vaxt gizlətməyib” deyən “Milliyet” yazır ki, bu dəhliz Azərbaycanla Naxçıvan arasında birbaşa əlaqə yarada biləcək.
Məqalədə azərbaycanlı analitik Fuad Şahbazovun Türkiyə-Azərbaycan oxunu pozmaq üçün İranın böyük ehtimalla “Şahid-136” PUA-nı Ermənistana tədarük edəcəyi ilə bağlı fikri də təqdim olunur.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu