ABŞ-da güclü zəlzələ baş verib


ABŞ-ın Kaliforniya ştatında 6,4 bal gücündə zəlzələ baş verib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 02:34-də baş verib. Zəlzələnin episentri Kaliforniyanın şimalında, Ferndale şəhərindən 12 kilometr aralıdadır.

Zəlzələnin baş verdiyi ərazi məşhur San Andreas qırılma xəttinin bitdiyi yerdir. Kaliforniya körfəzindən sahilə çıxan nəhəng qırılma xətti olan Sakit Okean Halqası ABŞ torpaqlarında San Andreas adlanır. Fay xətti ştatın şimalından yenidən okeana daxil olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu