Tramp vergidən yayınmaqda ittiham olunur


ABŞ Nümayəndələr Palatasının Büdcə Komitəsi sabiq prezident Donald Trampın 2015-ci ildən 2020-ci ilə qədər olan dövr üçün vergi bəyannamələrinin auditi ilə bağlı hesabat açıqlayıb.


AFN.az-ın məlumatına görə, CNN qeyd edilən açıqlamanı ictimailəşdirib. Bu, demokratların Trampın maliyyə hesabatlarını əldə etmək üçün illərlə göstərdiyi səylərin kuliminasiya nöqtəsi hesab edilir.
"Komitə Vergilər üzrə Birgə Komitənin əlavə hesabatı ilə birlikdə eks-prezidentin audit proqramının uğursuzluğunu təsdiqləyən və Trampın vergi bəyannamələrinin təfərrüatlarını özündə ehtiva edən hesabat yayıb".
Eyni zamanda, komitənin rəhbəri, konqresmen Riçard Nilin sözlərinə görə, daxil olan materiallar Trampın vergiləri ilə bağlı lazımi prezident auditinin baş tutmadığını təsdiqləyib.
Bəyannamələrin yaxın bir neçə gün ərzində, sənədin müəyyən hissələrinin redaktəsi həyata keçirildikdən sonra ictimaiyyətə açıqlanacağı ehtimal olunur.
Nəşr qeyd edir ki, Trampın vergi bəyannamələrinin açıqlanması demokratların 2019-cu ildə Konqresdə səs çoxluğu qazandıqdan sonra ABŞ-ın 45-ci prezidentinə qarşı apardıqları təxminən dörd il davam edən hüquqi mübarizənin sonunu göstərəcək.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu