Cinsi həvəsi az olan kişilərdə erkən ölüm riski yüksəkdir - ELMİ ARAŞDIRMA
Yaponiyada aparılan bir araşdırma kişilərdə cinsi həvəsin olmaması ilə vaxtından əvvəl ölüm riskinin artması arasında əlaqə tapıb.
AFN.az xəbər verir ki, son 10 ildə Yaponiyada təxminən 21 min insanın tibbi qeydlərini təhlil edən tədqiqatçılar, cinsi həvəsi az olan 40 yaşdan yuxarı kişilərin xərçəngdən ölmə ehtimalının təxminən iki dəfə və ürək xəstəliyindən ölmə ehtimalının 1,5 dəfə çox olduğunu müəyyən ediblər.
Yamaqata Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada, məlumatları təhlil edilən və daha sonra tədqiqatçılar tərəfindən hazırlanan bir sıra sorğulara qatılan insanların 8558-i kişi, 12411-i isə qadın olub. Maraqlıdır ki, qadınlarda aşağı həvəssizliklə ölüm riski arasında heç bir əlaqə tapılmayıb.
Ekspertlər bildiriblər ki, cinsi əlaqə yuxu rejimini yaxşılaşdıra, immuniteti gücləndirə, depressiya və narahatlığı azalda bilər. Onlar həmçinin prosesin ürək sağlamlığını yaxşılaşdıracağına inanırlar.