Kreml Paşinyanın sülhməramlılarla bağlı ittihamlarına cavab verib


"Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlıları Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatına tam uyğun hərəkət edir və asayişin təmin olunması üçün mümkün olan hər şeyi edirlər".


AFN.az Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının Laçın dəhlizində öz vəzifələrini yerinə yetirməməsi ilə bağlı bu gün səsləndirdiyi ittihamlara cavab olaraq bildirib.

"Rusiya sülhməramlıları yerləşdikləri ərazilərdə asayişin və əmin-amanlığın təminatı üçün mümkün olan hər şeyi edirlər. Onlar tərəflər arasında imzalanmış sənədlərin ruhuna və müddəalarına uyğun hərəkət edirlər", - D.Peskov deyib.

“Biz şübhəsiz ki, Ermənistandan olan həmkarlarımız və müttəfiqlərimizlə bu mövzu ilə bağlı müzakirə aparacağıq”, - o vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu