Türkiyədə dünyaya gələn 310 qramlıq körpənin həyat mücadiləsi - VİDEO


Türkiyədə dünyaya gələn körpə 310 qram çəkisi ilə ölkədə və dünyada azsaylı yenidoğulmuşlardan biri olub.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tekirdağ Namık Kamal Universitetinin (NKU) Tibb Fakültəsində 310 qram ağırlığında körpə dünyaya gəlib. 310 qramlıq körpə doğuşdan dərhal sonra neonatal şöbədə müalicə olunub. Çəkisi 310 qram olan körpə 7/24 müşahidə altında saxlanılır və ona ən yaxşı müalicənin verilməsi üçün araşdırmalar aparılır. Xəstəxanada Mustafa Törehan Aslanın etdiyi müdaxilə nəticəsində dünyaya göz açan 310 qram ağırlığında vaxtından əvvəl doğulan körpə bu çəki ilə dünyada və ölkədə az sayda yenidoğulmuşlar sırasındadır. Dr. Aslan və komandası körpəni sağlam şəkildə qurtarmağa çalışdıqlarını bildirib.

Mustafa Törehan Aslan, "34 yaşlı hamilə qadın dünən axşam saatlarında xəstəxanamıza müraciət etdi. Körpə bu gün yüksək təzyiq səbəbiylə təcili keysəriyyə əməliyyatı ilə dünyaya gəldi. Amma hamiləlik həftəsi 23-24 həftə aralığındadır. Dünyada və Türkiyədə az sayda körpələrdən biri kimi qeydə alındı. Onu itirmək riskimiz nisbətləri yüksək olsa da, təbii ki, ən kiçikləri belə həyatda saxlamağa çalışırıq. Saniyələr, dəqiqələr, günlər, həftələr, aylar bizim üçün çox kritik olacaq. İnşallah körpəmizi sağ-salamat xəstəxanadan çıxaracağıq" - deyə olaya şərh verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu