İsmayıllıda üçgünlük körpə ölüb


İsmayıllı rayonunda üçgünlük körpə ölüb.



AFN Report-a istinadla xəbər verir ki, üç gün əvvəl rayonun Hacıhətəmli kənd sakinlərinin ailəsində dünyaya gələn körpənin halı pisləşib.

Ailə üzvləri körpəni İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Daha sonra ailə onu Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparmaq üçün yola çıxıblar.

Lakin körpə rayonun Basqal kəndi ərazisi yaxınlığında keçinib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu