Azərbaycandan Rusiyaya tələb: "Vardanyan regionu tərk etməlidir"


“Ruben Vardanyanın fəaliyyəti cinayət və avantürist xarakter daşıyır. Hesab edirik ki, buna son qoyulmalıdır”.


AFN.az-ın məlumatına görə, Azərbaycanln xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada görüşdən sonra keçirdiyi birgə mətbuat konfransııanda belə deyib. Ceyhun Bayramov bildirib ki, Vardanyan region üçün xarici elementdir və dərhal Qarabağı tərk etməlidir.
“Bu adam bu bölgəni nə qədər tez tərk etsə, hamı üçün bir o qədər yaxşı olar. İlk növbədə, yerli əhali bundan əziyyət çəkir, reinteqrasiyaya mane olur”-deyə Azərbaycan XİN rəhbəri bəyan edib.
Azərbaycanlı nazirin sözlərinə görə, Vardanyanın Qarabağa gəlişindən əvvəl müsbət irəliləyişlər, müsbət təmaslar olub. Lakin C.bayramov bu təmaslar barədə ətraflı məlumat verməyib.
Sergey Lavrov da öz növbəsində bildirib ki, Rusiya Federasiyasının Ruben Vardanyanın siyasi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. “Cənab Vardanyanın Rusiya ilə heç bir əlaqəsi yoxdur, Rusiya hakimiyyətinin onunla heç bir əlaqəsi yoxdur, onun xahişi ilə bu günlərdə prezidentin sərəncamı imzalanıb. O, artıq Rusiya vətəndaşı deyil və bizdə onun Qarabağa getməsi və orada hansısa siyasi həyatda iştirak etmək qərarı bizimlə bağlı olmayıb, deyil və olmayacaq”, - Lavrov belə deyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu