Nazir: "Oxçuçayın ekoloji bərpası istiqamətində təkliflər hazırlanır"


"Hazırda Oxçuçayın su hövzəsinin ekoloji bərpası istiqamətində təkliflər hazırlanır".


"Report"un xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Proqramı"na həsr olunmuş konfransda çıxış edərkən bildirib.

"Təəssüf ki, işğaldan azad edilmiş ərazilərdə ekoloji terror bu gün də davam edir. Buna nümunə olaraq, Ermənistan ərazisindən daxil olan transsərhəd çayların, xüsusilə Oxçuçayın ciddi çirklənməyə məruz qalmasını göstərmək olar. Beynəlxalq laboratoriyaların da cəlb olunduğu monitorinqlər nəticəsində Oxçuçayda ağır metallar və digər çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olduğu qeydə alınıb", - nazir əlavə edib.

M.Babayev həmçinin qeyd edib ki, məsələ ilə bağlı beynəlxalq təşkilatlara və bir sıra dövlətlərin müvafiq qurumlarına müraciət olunub: "Hazırda Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət yaradılmış İşçi Qrup tərəfindən monitorinq nəticələri təhlil edilərək Oxçuçayın su hövzəsinin ekoloji bərpası istiqamətində təkliflər hazırlanır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu