Sülhməramlılar aksiya keçirilən ərazidə quraşdırdıqları çadırları söküblər, konteynerləri götürüblər


Şuşadan Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlıları qurduqları çadırları söküblər.


"Report"un ərazidə olan əməkdaşı xəbər verir ki, əraziyə yük maşınları da gətirilib. Sökülən çadırlar avtomobillərə yığılıb.

Eyni zamanda həmin ərazidə quraşdırılmış konteynerlərdən biri də kran vasitəsilə yük maşınlarına yığılıb, digər əraziyə - Laçın istiqamətinə aparılır.

Həmin 3 avtomobilinin aksiya keçirilən ərazidən hərəkət etməsinə şərait yaradılıb.

Ərazidə Rusiya sülhməramlılarının cəmi bir ədəd konteyneri qalıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu